EN

ABŞ dünyada yerləşdirdiyi hərbi gəmilərinin dörddə birini Yaxın Şərqə göndərib

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ bütün dünyada yerləşdirdiyi hərbi gəmilərinin təxminən dörddə birini Yaxın Şərqə göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ Hərbi-Dəniz İnstitutunun məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, hazırda regionda ABŞ-nin 17 hərbi gəmisi yerləşir. Bu isə dünya üzrə yerləşdirilmiş təxminən 68 hərbi gəminin 25 faizinə bərabərdir.

Bildirilib ki, bütün hərbi qüvvələrin regionda yerləşdirilməsi martın ortalarınadək başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
oxu.az

1Sources