EN

Ukraynada prezident seçkiləri payızda keçirilə bilər

BAKI, 21 fevral. TELEQRAF

Ukraynada prezident seçkilərinin 2026-cı ilin payızında keçirilməsi ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə "INSIDER UA" Ali Radadakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bəzi siyasi qüvvələrin liderləri artıq regional təşkilatlarına prezident seçkilərinin 2026-cı ilin payızında, parlament seçkilərinin isə 2027-ci ilin yazında keçiriləcəyini bildiriblər.

Bununla yanaşı, deputatlar hərbi vəziyyət ləğv olunmadan və döyüş əməliyyatları davam etdiyi şəraitdə səsvermənin təşkili ssenarilərini də müzakirə edirlər.

Chosen
23
teleqraf.com

1Sources