“Qarabağ”ın prezidenti Tahir Gözel bu mövsüm futbolçularına ödənilən mükafatın məbləğini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, bu barədə “CBC Sport” kanalına müsahibəsində deyib.
Klub rəhbəri bu mövsüm UEFA-dan gələn gəlirdən 6 milyon avronun mükafat olaraq futbolçulara verildiyini deyib.