EN

Pentaqon 25 şirkətin kamikadze dronlarını sınaqdan keçirir

BAKI, 21 fevral. TELEQRAF

Pentaqon 25 özəl şirkətin təqdim etdiyi kamikadze tipli pilotsuz uçuş aparatlarının prototiplərini kütləvi istehsal məqsədilə sınaqdan keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, sınaqlar ABŞ-nin Corciya ştatında yerləşən "Fort Benning" hərbi bazasında keçirilir. Bildirilir ki, testlər martın əvvəlinədək davam edəcək. ABŞ Ukraynadakı müharibədən çıxarılan dərsləri nəzərə alaraq kiçik və nisbətən ucuz dronları, eləcə də onların istehsalçılarını ciddi yoxlamadan keçirir.

Sınaqlarda iştirak edən 25 şirkətdən biri olan "Red Cat Holdings"in “Teal Drones” bölməsinin baş direktoru Ceff Tompson portalına açıqlamasında bildirib ki, Pentaqon üçün əsas prioritet kütləvi istehsal imkanlarıdır. Onun sözlərinə görə, istehsal və tədarük vaxtında həyata keçirilməzsə, şirkət müsabiqədən kənarlaşdırılacaq.

Qeyd olunur ki, sınaqlar başa çatdıqdan sonra qalib şirkət prototiplərin tədarükü üçün 150 milyon dollar dəyərində sifariş əldə edəcək.

Chosen
21
teleqraf.com

1Sources