EN

Xandanyan Azərbaycanla bağlı xoş xəbəri açıqladı

Heç bir ilkin şərt olmadan sülh müqaviləsini imzalamağın və təsdiqləməyin vaxtı çatıb.

Bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim fraksiyanın üzvü Sarkis Xandanyan bildirib.

O qeyd edib ki, ötən il eyni salonda keçirilən müzakirələr zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesində bu qədər irəliləyişin mümkün olacağını təsəvvür etmək çətin idi.

Onun sözlərinə görə, tərəflər sülh müqaviləsinin mətni üzrə razılığa gəlməyi bacarıb, əvvəllər həll olunmamış hesab edilən məsələlərə praktik həll yolları tapıblar və artıq ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsinə başlanılıb.

“Əminik ki, sülhü hüquqi cəhətdən möhkəmləndirəcək, geniş iqtisadi əməkdaşlığı asanlaşdıracaq və uzunmüddətli sabitliyi gücləndirəcək heç bir ilkin şərt olmadan sülh müqaviləsini imzalamağın və təsdiqləməyin vaxtı çatıb”, – deyə o vurğulayıb.

Globalinfo.az

Chosen
15
editor.az

1Sources