Bu ilin fevral ayının 1-nə olan məlumata görə Azərbaycanda 279,3 min nəfər işsiz şəxs olub.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 min nəfər azalıb.
Onu da bildirək ki, yanvar ayında olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 384,9min nəfər olub, onlardan 5 milyon 105,6 min nəfərini məşğul əhali təşkil edib.