Bakı. Trend:
"Roma" ilə müqaviləsi yayda başa çatacaq Zeki Çelik klubu tərkedəcək.
Trend xəbər verirki, bu barədə "La Stampa" məlumat yayıb.
Məlumata görə, "Roma" Zekinin illik 4 milyon avro maaş tələbiniqəbul etməyib və tərəflər razılığa gələ bilməyiblər. 29 yaşlı sağcinah müdafiəçisinin karyerasını Juventusda davam etdirəcəyibildirilir. "Ağ-qaralar" yayda azad agent statusunda olacaqtəcrübəli oyunçu ilə artıq razılıq əldə edib.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında Lilledən7,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm"canavarlar"ın heyətində 31 rəsmi matçda 1 qol və 4 məhsuldarötürmə ilə yadda qalıb.