EN

Eyni epizod, fərqli qərar: "Qarabağ" oyunda yox, qərarlarda uduzdumu?

"Qarabağ"-"Nyukasl" qarşılaşması meydandakı mübarizədən çox hakim qərarları ilə yadda qaldı. Oyunda iki oxşar epizod yaşandı. Birincidə təmas penalti ilə nəticələndi, VAR müdaxilə etmədi və qərar qüvvədə saxlanıldı. İkincidə isə "Qarabağ" oyunçusuna qarşı eyni xarakterli müdaxilə davam kimi qiymətləndirildi.

Məsələ penalti olub-olmamasından daha çox, standartın harada dəyişməsidir. Əgər ilk epizod qayda pozuntusudursa, ikinci də eyni meyarla dəyərləndirilməli idi. Yox əgər ikinci penalti deyilsə, o zaman birincinin verilməsi sual doğurur. Futbolda əsas prinsip ardıcıllıqdır xüsusilə UEFA səviyyəsində.

Azarkeşlərin narazılığı emosional reaksiya deyil, müqayisəyə əsaslanan sualdır: eyni oyunda eyni tipli epizodlara niyə fərqli qərar verildi? Bu cür ziddiyyətli yanaşma təkcə bir qərarın deyil, ümumi obyektivliyin müzakirəsinə səbəb olur.

"Qarabağ" oyunda məğlub oldu. Amma əsas sual budur: meydanda rəqib güclü idi, yoxsa qərarlar?

"Cebheinfo.az" 

Chosen
10
1
cebheinfo.az

2Sources