EN

Macarıstan Ukrayna ilə bağlı şərt irəli sürdü

Macarıstan Avropa İttifaqının Ukraynaya hərbi kreditinin təsdiqlənməsi üçün şərt irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib. O bildirib ki, Rusiya neftinin Ukraynadan keçən “Drujba” neft kəməri vasitəsilə nəqli bərpa edilməsə, Macarıstan sənədə razılıq verməyəcək. Onun sözlərinə görə, Kiyev “Drujba” neft kəməri vasitəsilə Macarıstana neft nəqlini bərpa etmədiyi müddətcə, Ukrayna 90 milyard avroluq hərbi kreditə çıxış əldə edə bilməyəcək.

Chosen
45
metbuat.az

1Sources