EN

Səfir: Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımı alqışlayır VİDEO

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 20 fevral, foto Səfiyar Məcnun, AZƏRTAC

1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri ötən üç onillik ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin tarixinə nəzər saldıqda, bu əlaqələrin davamlı şəkildə inkişaf etdiyini görürük. Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil də daxil olmaqla, geniş sahələri əhatə edib. Xalqlarımız arasında birbaşa mübadilələr və ölkələrimiz arasında fəal əməkdaşlıq bu gün paylaşdığımız dərin bağların möhkəmlənməsində mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Katsuya Vatanabe deyib.

Səfir bildirib ki, 2025-ci il Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan üçün həqiqətən də tarixi bir il oldu. "Avqustun 8-də Vaşinqtonda sülhün əldə olunmasına yönəlmiş Birgə Bəyannamə imzalandı. Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış bu mühüm addımı alqışlayır", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
2
azertag.az

3Sources