ABŞ-nin Iran-a qarşı mümkün hərbi əməliyyatlarla bağlı planlaşdırma prosesi artıq irəliləmiş mərhələyə çatıb.
NOCOMMENT.az xəbər verir ki, agentliyin iki amerikalı rəsmi mənbəyə istinadən verdiyi xəbərə görə, nəzərdən keçirilən variantlar arasında konkret şəxslərə qarşı hava zərbələrinin endirilməsi, həmçinin uyğun əmr verildiyi təqdirdə Tehranda hakimiyyətin dəyişdirilməsinə cəhd göstərilməsi də yer alır. Bildirilir ki, bu qərarın verilməsi birbaşa ABŞ prezidenti Donald Trampdan asılı olacaq.

Mənbələr hansı konkret şəxslərin hədəf ola biləcəyi barədə məlumat verməyiblər. Eyni zamanda, ABŞ ordusunun genişmiqyaslı quru qüvvələri cəlb etmədən İranda hakimiyyət dəyişikliyinə necə nail ola biləcəyi məsələsinin də hələlik qeyri-müəyyən olduğu vurğulanıb.
Məlumata əsasən, Vaşinqtonda mümkün hərbi ssenarilər üzərində intensiv müzakirələr aparılır və regionda artan gərginlik fonunda müxtəlif alternativlər nəzərdən keçirilir. Rəsmi şəxslər hələlik bu planların icra olunacağı ilə bağlı yekun qərarın verilmədiyini bildiriblər.
Qeyd edək ki, son dövrlər ABŞ və İran arasında münasibətlərin kəskinləşməsi Yaxın Şərqdə təhlükəsizlik risklərini artırıb və beynəlxalq ictimaiyyət mümkün eskalasiyanı narahatlıqla izləyir.
Sara