EN

Tiktokda yeni tendensiya: Barışıq şousu AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son dövrlər "TikTok" platformasında tanınmış şəxslərin əvvəlcə bir-birini təhqir edib, daha sonra barışaraq üzr istəməsi tendensiyası geniş müzakirə olunur. Bu cür şou xarakterli konfliktlər xüsusilə gənclərin davranış modellərinə və sosial münasibətlərinə təsir baxımından diqqət çəkir. Sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür halların baş verməsi qəbulolunan deyil və mənəvi deqradasiyanın əlaməti kimi qiymətləndirilə bilər:"İnsanlarımız aqressiv olmamalı, bir-birinə qarşı nifrət və təhqir ruhunda davranmamalıdır. Sosial şəbəkələr hər nə qədər virtual olsa da, ictimai məkandır və burada mədəniyyət qaydaları, davranış normaları, müzakirə etikası qorunmalıdır. İnsanlar bir-biri ilə normal şəkildə fikir mübadiləsi apara, mübahisə edə bilərlər, lakin müəyyən çərçivələr gözlənilməlidir. Bununla bağlı ciddi normalar formalaşdırılmalı, nəyin mümkün, nəyin isə yolverilməz olduğu aydın şəkildə bilinməlidir. Hər hansı problem və qarşıdurma yarandıqda isə barışığın üstünlüyü seçilməlidir. Bu, müsbət mesajdır – insanlar daim düşmən və ya rəqib ola bilməz. Qarşı tərəfi başa düşmək, üzr istəmək və normal münasibətləri bərpa etmək mümkündür".Sosioloq bildirib ki, bununla belə, daha doğru yol odur ki, ümumiyyətlə belə hallara şərait yaranmasın. "Təəssüf ki, bəziləri diqqət çəkmək və məşhurlaşmaq üçün qəsdən qalmaqallı davranışlar sərgiləyir. Bu isə əks effekt yaradır, cəmiyyətdə antipatiya formalaşdırır və mənfi rəy doğurur. İnsanlar bunu anlayır və belə addımlar əksinə, daha pis təsir bağışlayır. Bu cür davranışlar həm cəmiyyətə, həm gənclərə, həm də ümumilikdə ictimai mühitə mənfi mesaj verir. Bu, sağlam əxlaqi və mənəvi mühitin zəiflədiyini göstərir" - o qeyd edib.Onun sözlərinə görə, bu baxımdan, istənilən sosial şəbəkədə insanlar səbirli, mədəni və məsuliyyətli olmalıdır:"Faydalı məlumatlar və dəyərli fikirlər paylaşılmalı, təhqir və zərərli məzmundan uzaq durulmalıdır. Müzakirələr normal və etik çərçivədə aparılmalıdır ki, sonradan barışığa ehtiyac yaradan problemlər yaranmasın. Biz qədim tarixi və zəngin mədəniyyəti olan bir millətik və belə hallar bizə yaraşmır. Virtual mühitdə nəzarətin zəif olması o demək deyil ki, biz öz dəyərlərimizi unutmalıyıq. Harada olmağımızdan asılı olmayaraq – istər sosial şəbəkədə, istər real həyatda – əxlaqımızı və mədəniyyətimizi nümayiş etdirməli, bir-birimizlə insani münasibətlər qurmalıyıq. Belə hallara yol verilməsi nə mənəvi, nə psixoloji, nə də sosial baxımdan qəbulolunan deyil".Qeyd edək ki, bu yaxınlarda məşhur rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari arasında belə bir hadisə baş vermişdi. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
demokrat.az

1Sources