EN

Ramazan ayında nə yemək olmaz? - AQTA

Bakı. Trend:

Ramazan ayında oruc tutan insanların düzgün və balanslıqidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuzqaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləməkmüxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlarasəbəb ola bilər.

Trend xəbər verirki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatyayıb.

Bildirilir ki, iftara ilıq su ilə başlamaq ən doğru addımlardanbiri hesab olunur.

"1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır vəmədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı vəgöy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir.Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək dahaməqsədəuyğundur.

Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyəyüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir.Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, azmiqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanmaorqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eynizamanda ağırlıq hissi yaratmır.

Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmirxörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftarsüfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turşqidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaqproblemlərinə səbəb ola bilər.

Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzmpozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağırdesertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrəüstünlük verilməsi daha sağlam seçimdir", məlumatda qeydolunub.

Chosen
54
5
az.trend.az

10Sources