EN

Böyük Britaniyada 16 həbsxanada xərçəng riski yaradan qaz aşkarlanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 20 fevral, AZƏRTAC

Böyük Britaniyada 16 həbsxanada ağciyər xərçəngi riskini artıran radon qazının təhlükəli səviyyəsi qeydə alınıb. Daha 33 müəssisədə isə Ədliyyə Nazirliyi araşdırma aparır.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, yoxlamalar zamanı bir sıra həbsxanalarda radon səviyyəsinin yolverilən həddən yüksək olduğu müəyyən edilib. 2024-cü ildə “HMP Dartmoor” həbsxanası bəzi ərazilərdə radon səviyyəsinin tövsiyə olunan limitdən 10 dəfə yüksək olması səbəbindən bağlanıb. Keçmiş həbsxana əməkdaşları və məhbuslardan yüzlərlə şəxs radon təsirinə məruz qaldıqları üçün kompensasiya tələbi ilə Ədliyyə Nazirliyinə qarşı kollektiv iddia qaldırıb.

Məlumata görə, daha 15 həbsxanada radon qazının təhlükəli səviyyəsi qeydə alınıb. Radon torpaq və süxurlardakı az miqdarda uranın parçalanması nəticəsində əmələ gələn, rəngsiz və qoxusuz radioaktiv təbii qazdır. Qapalı məkanlarda toplanaraq insan sağlamlığı üçün təhlükə yarada bilər. Ventilyasiya vasitəsilə onun səviyyəsini azaltmaq mümkündür. Ədliyyə Nazirliyi sözügedən müəssisələrdə əlavə yoxlamalar və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
3
azertag.az

4Sources