EN

Sürətə meyillilik qəza riskini artırır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Artıq moped idarə etmək üçün yaş həddi müəyyənləşdirilib, sürücülük hüququnun əldə olunması və digər prosedurlar tənzimlənir. Yeni qaydalara görə, mopedlər dövlət qeydiyyatına alınır, onlara dövlət nömrə nişanı verilir. Bu sahədə mövcud olan qanunvericilik boşluqları, bundan istifadə edib təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır yol-nəqliyyat hadisələrinin artamsına səbəb olurdu. Yeni qaydaların qəbulu insanların bu nəqliyyat növünün idarəsində daha məsuliyyətli olmağa, qaydalara əməl etməyə vadar edir. İnsanlar bilməlidirlər ki, bu nəqliyyat vasitələri qanunla hüquq və vəzifələri müəyyən edilmiş real nəqliyyat növüdür. Moped və motosiklet istifadə edən hər bir şəxsin yol hərəkəti qaydaları barədə müəyyən biliklərə malik olması vacibdir. Svetoforlar, yol ayrıcıları, piyadalar və səkilərlə bağlı anlayışın olmaması ciddi risklər yaradır".

Bunu nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu gün bəzi hallarda moped adı altında faktiki olaraq motosiklet istifadə olunur və bu nəqliyyat vasitələri yüksək sürətlə idarə edilir. Xüsusilə də gənclər motosikletləri yüksək sürətlə idarə edirlər. Özü də heç bir qoruyucu vasitələrdən istifadə etmədən. Moped və motosiklet idarə edən bütün sürücülər mütləq şəkildə qoruyucu vasitələrdən istifadə etməlidirlər. Dəbilqə qanunla məcburi olsa da, dizlik, dirsəklik və digər qoruyucu vasitələrdən istifadə də vacibdir: "Ən önəmlisi isə sürət həddinin tənzimlənməsi vacibdir. Sürətə meyillilik qəza riskini dəfələrlə artırır. Xüsusilə yol ayrıcılarında və kəsişmələrdə kiçik bir diqqətsizlik belə faciə ilə nəticələnə bilər. Dəfələrlə moped, motosiklet sürücüləri tərəfindən törədilən və ölümə səbəb olan qəzaların şahidi olmuşuq. Xüsusilə də son dönəmlərdə belə qəzaların sayı nəzərəçarpacaq dərəcədə artmışdı. İnanıram ki, yeni qaydaların qəbulu belə qəzaların sayının azalmasına səbəb olacaq. Qoyulan qaydalara əməl olunsa təbii ki, qəzaların da sayı azalar".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
525.az

1Sources