
ABŞ İrana hücum çərçivəsində ayrı-ayrı şəxslərin məhvi imkanlarını nəzərdən keçirir.
Bu barədə "Reuters" agentliyi amerikalı rəsmilər arasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr iddia edib ki, variantlar arasında, xüsusən də ayrı-ayrı şəxslərə "zərbələr endirilməsi" və hətta ABŞ Prezidenti Donald Tramp tərəfindən əmr veriləcəyi təqdirdə, Tehranda rejimin dəyişdirilməsi cəhdi nəzərdən keçirilir.
Agentliyin həmsöhbətləri konkret olaraq hansı şəxslərin hədəf ola biləcəyini və ABŞ hərbçilərinin böyük quru qoşunlarını cəlb etmədən rejimi necə dəyişməyə çalışacaqlarını açıqlamayıblar.
Materialda qeyd olunub ki, mümkün hücumun planlaşdırılması hazırda irəli mərhələdədir.