EN

Gürcüstanın hökuməti əhalinin sayının azalmasından narahatdır

Doğum və nikah-boşanma istiqamətində inkişaf edən problemli tendensiyaları kökündən dəyişdirmək vacibdir. Bu tendensiyaların maliyyə və iqtisadi əsaslardan daha çox ideoloji əsası var. Demoqrafiya sahəsində real nəticələr verəcək tədbirlər həyata keçirməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2012-ci ildən sonrakı dinamikanı əvvəlki dinamika ilə müqayisə etsək görərik ki, 2003-cü ildə Gürcüstan əhalisi 3 milyon 966 min nəfər idi və 3 milyon 739 minə qədər azalıb. 2003-cü ildən 2012-ci ilə qədər Gürcüstanda əhali təxminən 226 min nəfər azalıb. Dövlət Statistika Xidməti ümumi əhali siyahıyaalmasını keçirib və Gürcüstan əhalisi 3 milyon 914 min nəfərdir. Düzünü desəm, əhalinin artımı əsasən immiqrasiya ilə bağlıdır”, - deyə Baş nazir qeyd edib.

1Sources