ABŞ Prezidenti Donald Tramp şənbə günü ordunun İrana hücum etməyə hazır olması barədə məlumatlandırılıb.
CBS-nin mənbələrə istinadən verdiyi məlumata görə, Ağ Ev hələlik əməliyyatın başlayıb-başlamaması barədə qərar verməyib. ABŞ İrana hücum edərsə, bu, çox güman ki, 21-22 fevral həftəsonundan gec baş verəcək.
ABŞ-ın bir döyüş təyyarəsi qrupu, qırıcı təyyarələri və digər hərbi təyyarələri hazırda Yaxın Şərqdə yerləşdirilib.
Trampın nəzərdən keçirdiyi ssenarilərdən biri Tehranı nüvə sazişini qəbul etməyə məcbur etmək üçün İranın hərbi və hökumət obyektlərinə məhdud hücumdur.
//Samir Qurbanov, Editor.az