EN

Matça doğru: “Sumqayıt” və “Qəbələ”də son durum 

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə bir itki ilə çıxacaq. Ötən tur “Araz Naxçıvan”la matçda qırmızı vərəqə görən Ramalinqom bugünkü oyunda iştirak etməyəcək.

Qonaq komanda isə görüşə rahat hazırlaşıb. Heyətdə cəzalı və ya zədəli futbolçunun olmadığı bildirilir.

Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” qarşılaşması bu gün saat 19:30-da başlayacaq.

Chosen
24
idmanxeber.az

1Sources