EN

"Qalatasaray" Super Liqa matçına Osimhensiz çıxacaq

"Qalatasaray" Türkiyə Super Liqasının 23-cü turunda səfərdə "Konyaspor"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Hücumçu Viktor Osimhen Konya səfərində komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı forvardın dizində ağrılan var. Buna görə də 27 yaşlı futbolçunun adı matçın geniş heyətində daxil edilməyib.

"Konyaspor" - "Qalatasaray" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
44
1
sportal.az

2Sources