EN

“İnter”də ciddi itki – Hücumçu sıradan çıxdı

“İnter” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın hücumçusu Lautaro Martines baldır əzələsindəki gərilmə səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Argentinalı futbolçu zədəni UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Budo Qlimt”lə keçirilən və 1:3 hesabı ilə başa çatan oyunda alıb.

28 yaşlı forvard bu mövsüm A Seriyasında 25 matçda 14 qol və 4 assistlə yadda qalıb.

Chosen
6
idmanxeber.az

1Sources