EN

Özbəklər üçün ən populyar turizm istiqamətləri: AZƏRBAYCAN DA VAR

Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar ayında 589647 Özbəkistan vətəndaşı turizm məqsədilə xaricə səyahət edib.

Hafta.az yazır ki. bu barədə Özbəkistan Milli Statistika Komitəsi məlumat verib. Komitəyə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 38200 nəfər və ya 6,9 faiz artım deməkdir.

Mütəxəssislər artımı beynəlxalq səyahətlərə marağın artması ilə əlaqələndirirlər. Məlumatlara görə, ən çox səyahət edilən ölkə Qırğızıstan olub - 232174 nəfər. Bundan əlavə, 98659 vətəndaş Tacikistana, 88012 vətəndaş Qazaxıstana, 62655 vətəndaş Səudiyyə Ərəbistanına, 32291 nəfər isə Rusiyaya səyahət edib. Bu ölkələr yanvar ayı üçün ən populyar istiqamətlər olub. Bundan əlavə, 17288 vətəndaş Türkiyəyə, 16030 nəfər BƏƏ-yə, 6890 nəfər Tailanda, 6117 nəfər Çinə, 5130 vətəndaş Azərbaycana, 4585 səfər isə Misirə səfəredib.

Chosen
20
hafta.az

1Sources