EN

“Atəşgah” Sığorta beynəlxalq yarışa yollanan idmançıları sığortaladı!

Hər zaman yeniliklərə imza atan “Atəşgah” Sığorta Şirkəti bu dəfə də Misirin Əl-Qalala şəhərində keçiriləcək “Triatlon üzrə Afrika Kuboku” yarışında iştirak edəcək azərbaycanlı idmançı və məşqçiləri sığorta ilə təmin edəcək.

Beynəlxalq yarışa yollanan komandanın sığortalanması məqsədilə Azərbaycan Triatlon Federasiyası məşqçilər Kərimov Balaheydər və Mordasov Aleksandr, eləcə də idmançılar Xəlilova Milanə, Abduləzizova Leyla, Rzazadə Əli və Məmmədli Toğrulun sığorta təminatını “Atəşgah” Sığorta Şirkətinə həvalə edib.

Səyahət sığortası çərçivəsində təqdim olunan paket, səfər müddətində yarana biləcək gözlənilməz halları əhatə etməklə mümkün risklərin maliyyə təminatını nəzərdə tutur. Bu isə idmançılarımızın diqqətini yalnız yarış performansına və yüksək nəticələrin əldə olunmasına yönəltməyə imkan yaradır.

“Atəşgah” Sığorta Şirkəti ölkəmizi beynəlxalq arenada təmsil edən idmançılara göstərdiyi dəstəyi gələcəkdə də davam etdirməyi planlaşdırır.

Chosen
20
banker.az

1Sources