19 yaşadək futbolçulardan ibarət yığmamız bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.
"Football-plus.az" xəbər verir ki, komanda Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki matçın Bakı vaxtı ilə saat 15.00-da başlanması planlaşdırılır.