Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Ankara bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə zidd olduğunu bildirib:
"Türkiyə Müdafiə Nazirliyinə görə, bu fəaliyyət Türkiyə-Liviya arasında dəniz yurisdiksiyası haqqında 2019-cu il memorandumunun pozulması ilə həyata keçirilib. Bu işlər Türkiyənin kontinental şelfinə birbaşa təsir etməsə də, BMT-yə bəyan edildiyi kimi, Liviyanın dəniz hüquqlarını pozur”.
Qeyd edək ki, "Şevron”la bağlanan müqavilə Yunanıstanın dənizdə qaz kəşfiyyatı imkanlarını genişləndirir və AB-nin Rusiyanın enerji ehtiyatlarından asılılığını azaltmaq səylərinin bir hissəsidir.