EN

Ölkəmizdə sosial platformaların tənzimlənməsi üçün mövcud hüquqi baza yaradılmalıdır - Əbülfət Rzayev

Bakı. Trend:

Ölkəmizdə sosial platformaların tənzimlənməsi üçün mövcud hüquqibaza yaradılmalıdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Daxili İşlərNazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininrəisi Əbülfət Rzayev "Cinayət mühakimə icraatının aktual məsələlərivə müasir çağırışlar" adlı panel müzakirəsində çıxışı zamanıbildirib.

Onun sözlərinə görə, hazırki hüquqi normalarla səmərəlifəaliyyət mümkün deyil:

"Faktiki olaraq hüquqi cəhətdən zəif tənzimlənən sosialşəbəkələrin artan təhlükəsi və bu şəbəkələrin aktiv cinayətplatformalarına çevrilməsi, sahədə effektiv tədbirləringücləndirilməsini tələb edir. Fikir azadlığı və media kimibəhanələrlə bu sahədə yetərli tənzimləmələr aparılmayıb. Nəzarətsizqalmış belə şəbəkələrin daha da genişlənməsi və onlarınfəaliyyətinin ailə və şəxsiyyət dəyərlərini deqradasiyaya uğratmasısəbəbindən bəzi ölkələrdə sosial platformalar hüquqi tənzimləmələrəalınmışdır. Ölkəmizdə də sosial platformaların tənzimlənməsi üçünhüquqi baza yaradılmalıdır".

Chosen
17
az.trend.az

1Sources