EN

"Google" əməkdaşları İran casusu çıxıblar

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətiməlumatyayıb. Bildirilib ki, İran vətəndaşlığına malik mühəndislər şirkətinticarət sirlərini oğurlayıb İran kəşfiyyatına ötürməkdə təqsirləndirilirlər.Onların dünən saxlanıldıqları diqqətə çatdırılıb.

Şübhəli şəxslərdən ikisi:Səmanə Qəndali və Sürur Qəndalibacıdırlar. Onların "Google"dan başqa bir texnologiya şirkətində də işlədikləri, həmin şirkətin də məxfi məlumatlarını İranın xeyrinə oğurladıqları müəyyənləşib. Üçüncü şəxs – Səmanə Qəndalinin əriMəhəmmədcavad Xosrovidə əvvəlcə "Google"da, ardınca isə üçüncü bir şirkətdə işləyib. O da hər iki iş yerindən ticarət sirlərini oğurlamaqda günahlandırılır.

Məsələ ilə əlaqədar "Google" şirkəti hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Vurğulanıb ki, məxfi məlumatların oğurlandığı müntəzəm yoxlama əsnasında üzə çıxıb. Təqsirləndirilən şəxslərprosessor təhlükəsizliyi, kriptoqrafiya və s. sahələr üzrə minlərlə məxfi sənədi ələ keçiriblər.

Firudin Həmidli
AzVision.az
Chosen
6
azvision.az

1Sources