EN

Azərbaycanın Sülh Şurasının ilk iclasında iştirakı ölkəmizin beynəlxalq sülh gündəliyinə verdiyi önəmin bariz göstəricisidir - Azər Qarayev

Bakı. Trend:

Fevralın 19-da ABŞ-nin paytaxtı Vaşinqtonda beynəlxalq gündəmindiqqət mərkəzində olan mühüm hadisə baş verdi – Sülh Şurasının ilkiclası keçirildi. Qlobal təhlükəsizlik arxitekturasının dəyişdiyi,regional münaqişələrin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə beləbir platformanın təsis olunması təsadüfi deyil. İclasda bir sıraölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev də iştirak edib. Bu toplantı yenibeynəlxalq reallıqlar fonunda dialoq, əməkdaşlıq və davamlı sülhmexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətli siyasimesajlar verdi.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Son illərdə beynəlxalq münasibətlər sistemində cidditransformasiyalar müşahidə olunur. Regional münaqişələrindərinləşməsi, böyük güclər arasında rəqabətin artması, enerjitəhlükəsizliyi və nəqliyyat marşrutları uğrunda mübarizə qlobalsabitliyə birbaşa təsir göstərir. Bu kontekstdə Sülh Şurasınınyaradılması beynəlxalq ictimaiyyətin dialoqa və qarşılıqlıanlaşmaya ehtiyacının göstəricisi kimi qiymətləndirilə bilər.Şuranın əsas məqsədi müxtəlif regionlarda sülh təşəbbüslərinikoordinasiya etmək, tərəflər arasında etimad mühitininformalaşmasına töhfə vermək və davamlı təhlükəsizlikmexanizmlərinin qurulmasına dəstək göstərməkdir. Bu platforma həmdövlətlərarası, həm də regional səviyyədə əməkdaşlıq üçün yeniimkanlar açır. Prezident İlham Əliyevin iclasda iştirakıAzərbaycanın beynəlxalq sülh gündəliyinə verdiyi önəmin barizgöstəricisidir. Azərbaycan son illərdə regionda yaranmış yenireallıqlar fonunda həm siyasi, həm də diplomatik baxımdan fəalmövqe nümayiş etdirir.

Onun sözlərinə görə, dövlət başçısının toplantıda iştirakı birneçə mühüm mesaj ehtiva edir:

"Azərbaycan sülh proseslərinin aktiv iştirakçısıdır; regiondadavamlı sabitliyin təmin olunması Bakının strateji prioritetidir;qlobal platformalarda milli maraqların müdafiəsi və təşviqi davamlışəkildə aparılır. Azərbaycan post-münaqişə dövründə Cənubi Qafqazdauzunmüddətli sülhün təmin olunmasını əsas hədəf kimi müəyyən edib.Bu baxımdan, Vaşinqtonda keçirilən iclas Azərbaycanın mövqeyinibeynəlxalq auditoriyaya bir daha çatdırmaq üçün mühüm imkanyaradıb. Azərbaycan son illərdə yalnız regional deyil, qlobalsəviyyədə də bir sıra sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxışedib. Enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşıkimi çıxış edən ölkəmiz, eyni zamanda nəqliyyat-logistikalayihələri ilə də qitələrarası əlaqələrin möhkəmləndirilməsinətöhfə verir. Bakı beynəlxalq tədbirlərin keçirilməsi baxımından dafəal diplomatik mərkəzə çevrilib. Bu, Azərbaycanın çoxtərəfliəməkdaşlıq modelinə sadiqliyini göstərir. Sülh Şurasının ilkiclasında iştirak Azərbaycanın bu prinsiplərə sadiqliyini bir dahatəsdiqlədi", - o bildirib.

A.Qarayev qeyd edib ki, Vaşinqtonun belə bir toplantıya evsahibliyi etməsi də xüsusi diqqət çəkir. ABŞ paytaxtı ənənəviolaraq qlobal siyasi qərarların formalaşdığı mərkəzlərdən biridir.Burada keçirilən ilk iclas Şuranın beynəlxalq legitimliyini vəsiyasi çəkisini artırır.

"Bu platforma müxtəlif geosiyasi bloklara mənsub ölkələri birmasa arxasında toplayaraq konstruktiv müzakirə mühiti yaradır.Qlobal səviyyədə etimad böhranının müşahidə olunduğu bir dövrdəbelə təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Sülh Şurasının gələcəkfəaliyyəti bir neçə istiqamətdə mühüm rol oynaya bilər. Bunlarregional münaqişələrin həllinə dəstək mexanizmlərinin yaradılması,humanitar və iqtisadi əməkdaşlıq platformalarınıngenişləndirilməsi, etimad quruculuğu tədbirlərinin təşviqi, siyasidialoqun institusional əsaslarının gücləndirilməsidir. Əgər Şurapraktik mexanizmlər formalaşdıra bilsə, bu, beynəlxalq münasibətlərsistemində yeni əməkdaşlıq modelinin yaranmasına səbəb ola bilər.Azərbaycanın Sülh Şurasında iştirakı ölkənin balanslaşdırılmışxarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər. Bakı həmregional, həm də qlobal güclərlə qarşılıqlı faydalı əməkdaşlıqmünasibətləri qurmağa çalışır. Cənubi Qafqazda davamlı sülhün təminolunması, nəqliyyat və enerji layihələrinin təhlükəsizliyininqorunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, beynəlxalqhüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin təşviqiAzərbaycan üçün əsas prioritetlərdir", - o bildirib.

Politoloq vurğulayıb ki, fevralın 19-da Vaşinqtonda keçirilənSülh Şurasının ilk iclası qlobal siyasi proseslərdə yeni mərhələninbaşlanğıcı kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin butoplantıda iştirakı Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinəfəal dəstəyini və regionda sabitliyin təmin olunmasına yönəlmişprinsipial mövqeyini bir daha nümayiş etdirdi.

"Müasir dünyada sülh yalnız bəyanatlarla deyil, konkret addımlarvə davamlı dialoq vasitəsilə təmin olunur. Azərbaycanın bu prosesdəaktiv iştirakı ölkənin artan beynəlxalq nüfuzunun və məsuliyyətlitərəfdaş imicinin göstəricisidir. Sülh Şurasının gələcək fəaliyyətibeynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq formatınınformalaşmasına töhfə verə bilər. Azərbaycan isə bu prosesdə həmregional lider, həm də qlobal dialoqun tərəfdarı kimi öz mövqeyinimöhkəmləndirməkdə davam edir", - o bildirib.

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources