EN

"Sabah" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Azreform.info -a verilən məlumata görə, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin "Birmingem" klubundan icarəyə götürülüb.

Anlaşmanın müddəti 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı mərkəz müdafiəçisi "Sabah"ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.

"Birmingem"in yetirməsi olan Boaki karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın "İnter" (Turku) kollektivində də çıxış edib.

Chosen
23
8
azreform.info

10Sources