EN

MİRAS Özbəkistanda müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi Sənaye Şirkətinin nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistan Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi Agentliyinə rəsmi səfər edib.

“Poliqon” MİRA-a istinadən xəbər verir ki, səfər çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən Özbəkistan Müdafiə Sənayesi Agentliyinin aviasiya və hərbi texnologiyalar üzrə innovativ layihələr müzakirə olunub.

Həmçinin Özbəkistan Müdafiə Sənayesi Agentliyinin və digər müdafiə sənayesi müəssisələri ziyarət olunub.

Bu səfər MİRAS şirkətinin beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və qlobal müdafiə sənayesində aparıcı müəssisələrlə əməkdaşlıq istiqamətində atdığı ardıcıl addımların göstəricisidir.

639763089

Chosen
6
poliqon.az

1Sources