EN

Turistlərin cəsədlərinin olduğu mikroavtobus Baykal gölündə, buzun altında tapıldı

Rusiyada, Xoboy burnu yaxınlığındakı faciənin baş verdiyi yerdə içərisində insanların olduğu bir UAZ aşkar edildi; qurbanların cəsədləri sualtı kameralar vasitəsilə görünüb.

Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev fevralın 20-də bildirib.

"Hazırda beş nəfərin kimliyi müəyyən edilib: sürücü, 44 yaşlı yerli sakin və dörd turist (biri sağ qalıb): məlumatları otel bazasında saxlanılan Çindən olan bir ailə: evli cütlük, onların 14 yaşlı uşağı və başqa bir qadın qohumu. Onların hamısı müstəqil turist kimi gəliblər", - deyə o, Telegram-da yazıb.

QAZİLER.AZ

Chosen
26
qaziler.az

1Sources