EN

Çiçəklərin ömrünü uzatmaq üçün vacib məsləhətlər

Güldana qoyulan çiçəklərin ömrünü uzatmaq üçün onların saxlanma şəraiti xüsusi əhəmiyyət daşıyır.

 

Pravda.az bildirir ki, çiçəklər meyvə və tərəvəzlərin yanında saxlanmamalıdır. Çünki bu məhsullar etilen qazı ifraz edir və bu da çiçəklərin daha tez solmasına səbəb olur.

 

Güldandakı suya az miqdarda şəkər, limon suyu və bir neçə damcı paltaryuma vasitəsini əlavə etmək faydalıdır. Şəkər çiçəkləri qidalandırır, limon suyun daha yaxşı mənimsənilməsinə kömək edir, yuyucu vasitə suyu isə bakteriyaların yaranmasının qarşısını alır.

 

Bundan əlavə, çiçəklərin birbaşa günəş şüası və istilik mənbələrindən uzaq saxlanılması tövsiyə edilir. Televizor, soba və digər istilik yayan cihazların yaxınlığı çiçəklərin daha tez solmasına gətirib çıxara bilər.

 

Çiçək saplaqlarının uclarının maili formada kəsilməsi suyun daha yaxşı hopmasına şərait yaradır. Güldanın mütəmadi olaraq təmizlənməsi və suyun tez-tez dəyişdirilməsi də çiçəklərin təravətini qorumaq üçün vacib amillər sırasındadır.

 

Əminə Bayramova

Tarix: 20 Fevral 2026, 17:53   
Chosen
2
pravda.az

1Sources