Misli Premyer Liqasının (MPL) 21-ci turu çərçivəsində bu gün "Sumqayıt"ın qonağı olacaq "Qəbələ"də heyətlə bağlı son vəziyyət bəlli olub.
"Qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a verdiyi məlumata görə, qonaqlar meydana itkisiz çıxacaqlar:
"Hazırda heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur".
"Sumqayıt" - "Qəbələ" qarşılaşması 19:30-da keçiriləcək. Hazırda "Sumqayıt" MPL-in turnir cədəvlində 30 xalla 5-ci pillədə mövqe tutubsa, qonaq komanda 14 xalla 10-cu sırada qərarlaşıb.
Toğrul