EN

"Allaha şükürlər olsun ki, qələbə qazandıq" -Kurban Berdiyev

Misli Premyer Liqasında XXI tur start götürüb.

Fanat.Az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” “Azərsun Arena”da “Zirə”ni qəbul edib. Nominal meydan sahibləri inamlı qələbəyə seviniblər.

Matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev fikirlərini jurnalistlərlə bölüşüb:

"İlk hissədə oyunumuz pis alınmadı. Əvəzetmlərdən sonra bir qədər təşəbbüsü əldən verdik. Xüsusilə Jo oyundan çıxdıqdan sonra. Çünki bu Filip Ozobiçin mövqeyi deyildi. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

Chosen
6
fanat.az

1Sources