EN

Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf perspektivləri - ŞƏRH

Prezident İlham Əliyevin 15 fevral tarixində Serbiya Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycan–Serbiya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı tərəfindən verilmiş bəyanatda iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin uzun illərdir qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığı xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan ilə Serbiya arasında formalaşmış siyasi dialoq yüksək səviyyədə davam edir və bu münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf etməkdədir.

Səfər zamanı Prezident İlham Əliyevin Serbiyanın Prezidenti Aleksandar Vuçiç ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunmuşdur. Görüşdə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilmişdir. Tərəflər siyasi əlaqələrin dinamik inkişaf etdiyini və qarşılıqlı səfərlərin münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını bildirmişlər.

Bəyanatda həmçinin vurğulanmışdır ki, Azərbaycan Respublikası ilə Serbiya arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, sənaye və investisiya istiqamətlərini də əhatə edir. Xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi tərəflər üçün prioritet istiqamətlərdən biri kimi qiymətləndirilmişdir. Bu əməkdaşlıq regionda enerji təhlükəsizliyinin təmin olunmasına və iqtisadi tərəfdaşlığın gücləndirilməsinə xidmət edir.

Səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasında münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət etdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, əldə edilmiş razılaşmalar gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri Azərbaycan ilə Serbiya arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bu səfər iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaratmış və strateji əməkdaşlığın dərinləşdirilməsinə töhfə vermişdir.

Nərmin Azadova

"H.B.Zərdabi küç.96" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Chosen
26
sesqazeti.az

1Sources