EN

“Şamaxinka”da ilk dəfə svetoforlar istifadəyə verildi

BAKI,TurkicWorld

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkət artıq svetoforla tənzimlənir.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq istifadəyə verilib.

Quraşdırılan yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, eləcə də həmin kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə hissəsində hərəkət növbəliliyini tənzimləyir.

Qeyd olunub ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib və məqsəd yol hərəkətinin təhlükəsizliyini və axının optimallaşdırılmasını təmin etməkdir.

Chosen
45
19
turkic.world

10Sources