EN

“Kəlmə-Kəlməyə”də 1/4 finalçı məlum olur

ATV-nin “Kəlmə-Kəlməyə” meyxana şousunda daha bir ¼ finalçının adı məlum olacaq.Metbuat.az xəbər verir ki, bu həftə meyxanaçılar Pərviz Həşimov və Tərlan Xəlilov üz-üzə gələcəklər. Uzun zamandır gözlənilən 1/8 mərhələnin ən maraqlı duellərindən biri hesab olunan bu görüşə ilk olaraq Pərviz ev sahibliyi edəcək.Belə ki, hər zaman maraqlı meyxanası ilə seçilən Tərlan ilk görüşdən yaxşı çıxışı ilə cavab görüşünə daha rahat getmək istəyəcək. Pərviz isə ev sahibi kimi ilk görüşdən rəqibini üstələyib səfərə inamlı getmək üçün “söz davası”na çıxacaq.

Qeyd edək ki, “Kəlmə-Kəlməyə”nin Pərviz Həşimov və Tərlan Xəlilov arasında keçiriləcək 1/8 mərhələsinin ilk qarşılaşması 21 fevral saat 22:00-da baş tutacaq. Cavab görüşü isə 28 fevral saat 22:00-da keçiriləcək.

Chosen
44
3
metbuat.az

4Sources