EN

ABŞ Yaxın Şərqə 68 hərbi yük təyyarəsi yerləşdirib

Son üç gündə ABŞ Yaxın Şərqdəki potensial hərbi əməliyyatlar üçün "Boeing C-17 Globemaster III" də daxil olmaqla 39 tanker və 29 ağır hərbi nəqliyyat təyyarəsi yerləşdirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri həmçinin Yaxın Şərqə havada erkən xəbərdarlıq və idarəetmə təyyarəsi göndərib.

Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin hərbi strategiya üzrə eksperti Beki Vasserin sözlərinə görə, ABŞ regionda davamlı hərbi kampaniya aparmaq üçün kifayət qədər qüvvə yerləşdirib. O bu qoşunların artırılmasının "boş bir təhdid olmadığını" iddia edib.

"The Wall Street Journal" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Tehranı nüvə sazişində Vaşinqton üçün əlverişli şərtlərlə razılaşmağa təşviq etmək, eyni zamanda tammiqyaslı hücumdan yayınmaq üçün İranın hərbi və dövlət obyektlərinə məhdud hücum etməyi nəzərdən keçirir. Onların sözlərinə görə, belə bir hücum bir neçə gün ərzində həyata keçirilə bilər. 

CBS isə bildirib ki, əməliyyat 21 fevralda başlaya bilər.

Əli Hüseynov

Chosen
17
bakivaxti.az

1Sources