EN

19 yaşlı basketbolçunun forması hərracda rekord qiymətə satılıb

"Dallas Maveriks" klubunun 19 yaşlı hücumçusu Kuper Fleqqin NBA-dakı debüt oyununun ilk hissəsində geyindiyi forma hərracda rekord qiymətə - 1 milyon ABŞ dollarına satılıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, bu, liqa tarixində bir debütant forması üçün ödənilən ən yüksək məbləğdir.

Əvvəlki rekord "San Antonio Spors"un mərkəz oyunçusu Viktor Vembanyamaya məxsus idi (762 000 dollar).

Kuper Fleqq NBA-dakı ilk rəsmi oyununu 2025-ci il oktyabrın 23-də "San Antonio Spors"a qarşı keçirib. Həmin qarşılaşmada o, 10 xal və 10 ribaundla yadda qalıb. Fleqq həmçinin cari mövsümdə bir oyunda 40 xal toplayan ən gənc basketbolçu kimi NBA tarixinə düşüb.

Qeyd edək ki, hazırda "Dallas Maveriks" Qərb Konfransında 19 qələbə və 35 məğlubiyyətlə 12-ci pillədə qərarlaşıb.

Chosen
52
far.az

1Sources