EN

Həkim prediabetin əsas simptomlarını açıqladı

Damar cərrahı Aleksandr Boçkarev prediabetin əsas simptomlarını sadalayıb.

E-saglam.az xəbər verir ki, o izah edir ki, prediabetin məkrli təbiəti onun çox vaxt asimptomatik olmasıdır. Güclü susuzluq və ya çəki itkisi kimi aşkar əlamətlər olmaya bilər. Buna görə də, simptomlara deyil, risk faktorlarına diqqət yetirmək vacibdir.

"Prediabet mərhələsində aşkar simptomlar çox vaxt özünü göstərmir, lakin xəstələr gəzinti zamanı ayaqların tez yorğunluğu, ayaqların soyuqluğu və axşamlar şişkinlikdən şikayət edirlər. Bunlar prediabetin birbaşa simptomları deyil, mikrosirkulyasiya problemlərinin erkən əlamətləridir", - deyə ekspert bildirib.  

Prediabetin rəsmi tibbi diaqnoz olduğunu anlamaq vacibdir. Bu diaqnoz vizual olaraq və ya hisslərinizə əsasən qoyulmur. Həkim yalnız laboratoriya testlərinə əsasən qərar verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources