EN

Neymar ilin sonunda karyerasını bitirə bilər

BAKI, 20 fevral. TELEQRAF

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar gələcək karyerası ilə bağlı danışıb.

Teleqraf xəbər verir ki, "Caze TV"yə danışan braziliyalı hücumçu ilin sonunda klubu ilə müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirə biləcəyini açıqlayıb.

"Gələcəkdə məni nələrin gözlədiyini bilmirəm. Bəlkə də dekabrda karyeramı bitirmək istəyəcəyəm. Mən bu günümlə yaşayıram. Bu il təkcə "Santos" üçün deyil, həm də Braziliya millisi və şəxsən mənim üçün həlledici olacaq. Addım-addım irəliləyirəm. Hər şeyi instinktlərim həll edəcək", - deyə Neymar vurğulayıb.

Qeyd edək ki, Neymar cari mövsümdə cəmi bir oyunda şans qazanıb. O, zədədən yenicə qayıdıb.

Chosen
27
teleqraf.com

1Sources