EN

"... ay tupoy" - Nazilədən 17 yaşlı nişanlısı başqası ilə qaçan 40 yaşlı kişiyə SƏRT SÖZLƏR

"40 yaşında kişiyə zorla 17 yaşlı qızı ərə veriblər. O da gedib toylardan birində başqa kişiyə qoşulub, qaçıb. Hələ, deyilənə görə, qaçarkən evdən 5 minlik qızıl da aparıb. Haqq edib, əlinin içindən gəlib. Oğrudan oğruya halaldır".

Publika.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial media hesabındakı paylaşımında deyib.

O, bir neçə gün öncə yaşanan hadisəyə sərt reaksiya verib: "Adamın abırı olar ee. Sən bunun gəncliyini oğurlamısan ee. 17 yaşlı qızın... Ən gözəl yaşında sən - 40 yaşlı kişi onun gəncliyini oğurlamısan. Yeri gəlsə uşağın yaşdadır. Sən niyə uşaq-muşaqla oynayırsan, ay tupoy?"

Chosen
365
50
publika.az

10Sources