EN

Britaniya kralı bp-nin azərbaycanlı vitse-prezidentini təltif edib

Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz Britaniya İmperiyası Ən Ali Ordeninin fəxri zabiti adına layiq görülüb. Bu barədə qərar dünən elan olunub.

Kral III Çarlz soydaşımızı Böyük Britaniya–Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif edib. O, bu nüfuzlu fəxri titula layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.

“Bu, böyük bir şərəfdir və belə bir mükafata layiq görüldüyümə görə qürur duyuram”, – deyə B.Aslanbəyli bildirib: “bp-dəki həmkarlarımla, Böyük Britaniyanın Bakıdakı səfirliyi, Azərbaycanın Londondakı səfirliyi, SOCAR və hökumət nümayəndələri ilə birlikdə çalışaraq Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək mənim üçün böyük qürurdur. Mən həm Azərbaycana, həm də Böyük Britaniyaya faydalar gətirmək üçün birlikdə çalışdığım hər kəsə borcluyam. Bu fəxri ad mənim olduğu qədər onların da səylərinə verilmiş qiymətdir. Layiq görüldüyüm bu şərəfli ada görə öz dərin təşəkkürümü bildirir və ölkələrimiz arasındakı möhkəm əlaqələrin daha da gücləndirilməsinə bundan sonra da xidmət edəcəyimi bir daha vurğulamaq istəyirəm”.

Xatırladaq ki, fəxi zabit adı Birləşmiş Krallıq daxilində və eləcə də beynəlxalq səviyyədə çox mühüm töhfələr vermiş şəxslərə təqdim edilən ən yüksək 5 titulundan biridir.

bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan Bəxtiyar Aslanbəyli isə enerji sektorunda 25 illik peşəkar təcrübə qazanıb. O bu müddət ərzində kommunikasiya və xarici əlaqələr, strategiya, vergi və gömrük məsələləri, etik normalar, tələblərə uyğunluq və biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.

XQ

Chosen
23
4
xalqqazeti.az

5Sources