Ailədə genetik keçiciliyi olan xəstəliklərin erkən aşkarlanması risklərin vaxtında müəyyən edilməsinə və ağırlaşmaların qarşısının alınmasına imkan yaradır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.
Bildirilib ki, erkən müayinələr sayəsində xəstəlik hələ başlamadan nəzarət altına alına, həyat tərzi və tibbi yanaşma vaxtında dəyişdirilə bilər. Xüsusilə ailəsində şəkərli diabet, ürək-damar, qan xəstəlikləri və ya genetik sindromlar olan şəxslər üçün bu, daha böyük əhəmiyyət daşıyır.