EN

Ötən ay Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Bakı.Trend:

2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaşsəfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984nəfər və ya 5% artım deməkdir.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilir ki, yanvar ayında Rusiyadan 2% artım ilə 42 342nəfər, Türkiyədən 15.5% artım ilə 36 536 nəfər və İrandan 2.1%artım ilə 15 399 nəfər səfər sayı qeydə alınıb.

Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 070nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan SəudiyyəƏrəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb.Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44.9%artım deməkdir.

İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8734),Pakistan (6758), Qazaxıstan (5676), Özbəkistan (5130) və İsrail(4972) olub.
Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindəngələnlərin sayı 22% artaraq 26 240 nəfərə, Qərbi Avropaölkələrindən gələnlərin sayı isə 44% artaraq 6 819 nəfərəçatıb.

Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandangələnlərin sayı 5 676 nəfər təşkil edib ki, bu da 2.5% artımdeməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 130 nəfərə çataraq72.3% artım nümayiş etdirib.

Qeyd edək ki, 2026-cı ildən etibarən Dövlət Turizm Agentliyi vətabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən hədəf ölkələrdəənənəvi təbliğat üsulları ilə yanaşı, rəqəmsal alətlərdən və sosialmedia kampaniyalarından daha geniş şəkildə istifadə etməkləmarketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsiplanlaşdırılır.

“2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası”namüvafiq olaraq həyata keçiriləcək tədbirlər mədəniyyət turizmi,sağlamlıq turizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlərturizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmətedəcək.

Beynəlxalq turizm marketinq fəaliyyəti müxtəlif hədəf bazarlarüzrə prioritetlərə uyğun olaraq onlayn, oflayn (beynəlxalq turizmsərgilərində iştirak, B2B və B2C görüşlər, seminarlar, təqdimatlar,xarici media və sənaye nümayəndələri üçün tanışlıq səfərləri) vəmedia-kommunikasiya kanallarının inteqrasiyalı istifadəsini ehtivaedir. Məqsəd ilkin mərhələdə Azərbaycan haqqındarəqabətqabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimiməlumatlılığı artırmaq, növbəti mərhələdə Azərbaycanı brend kimitanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraqisə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək vəqlobal mövqeyini gücləndirməkdir.

Beynəlxalq turizm marketinq kampaniyaları planlaşdırılarkənqlobal turizm trendləri, regional dəyişikliklər, turistlərinsəyahət davranışındakı transformasiyalar əsas götürülür.Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlkiillərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı,rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşmatətbiq edilməsi hədəflənir.

Chosen
64
9
az.trend.az

7Sources