EN

Anti Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilənlər: “Bütün əxlaq qanunlarını tapdayıb keçir”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

""Sülh Şurası"nın iclasında iştirak etmək üçün Donald Trampın dəvəti ilə Vaşinqtonda səfərdə olan Prezident İlham Əliyevin qaldığı otelin ətrafında xüsusi öyrədilmiş qüvvə təxribatçı hərəkətlər edib. Mühüm bir dövlət tədbirinə, onun əhəmiyyətinə kölgə salmaq istəyənlərin qarşısı Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ polisinin birlikdə çevik reaksiyası ilə alınıb. Anti-Azərbaycan qüvvələrin göstərişi ilə hərəkət edən bu ünsürlər Prezidentin qaldığı otelə soxulmağa cəhd ediblər".

Bunu “Cümhuryət” və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfael Becanov deyib.

Bu təxribatın arxasında görünən nədir?

"Görünən odur ki, anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilənlər söyüş müxalifəti ilə eyni mənbədən qidalanır. Onların hərəkəti bütün əxlaq qanunlarını tapdayıb keçir. Bu adamlar düşüncələrindəki qaragüruh təfəkkürü ilə hansı mübarizədən danışırlar? Söyüşü, təhqiri həyat kredolarına çevirənlər sabah imkan tapsalar, qarşılarına çıxan hər kəsi söyərlər, şantaj edərlər.

Düşüncələri, aldıqları tərbiyə, gördükləri əxlaq budur. Azərbaycandakı ailə mədəniyyətini özlərinin təlimat aldıqları mərkəzlərdəki tərbiyəyə dəyişənlər əgər ailəyə dil uzadırlarsa, bu artıq əxlaqsızlığın son damlasıdır",-deyə o bildirib..

R.Becanovun fikrinə, bizim heç bir zaman mübarizəmizdə ailə olmadı, əxlaqdan kənara çıxılmadı:

"Bu ünsürlər isə milli mentalitetimizi zəhərləməklə məşğuldurlar. Prezidentə və onun ailəsinə qarşı təşkil olunan şantaj, böhtan xalqa və dövlətə yönəlmiş hücumdur. Məqsəd Azərbaycan dövlətini gücsüzləşdirmək, nüfuzuna xələl gətirməkdir.

Müasir texnoloji metodlarla, süni intellektlə öz çirkin əməllərini davam etdirirlər. Bu sistemli və vahid bir mərkəzdən idarə olunan təxribat və hücumların qarşısında xalqımız mətindir. Təxribat ünsürləri, oyuncağa çevrilmiş buqələmunlar dəstəsi isə məğlubdur".

“Cebheinfo.az”

Açar sözlər:

İlham Əliyev Tramp Rəfael Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
1
cebheinfo.az

2Sources