ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran BMT-nin baş katibi Antonio Quterreşə ABŞ hücumu halında Tehranın Yaxın Şərqdəki bütün düşmənlərinin qanuni hədəf olacağı barədə xəbərdarlıq edib.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi məktubunda bildirilib.
"Hücum halında, bölgədəki düşmən qüvvələrin bütün bazaları, obyektləri və aktivləri İranın müdafiə hərəkətləri kontekstində qanuni hədəf olacaq. ABŞ hər hansı gözlənilməz və nəzarətsiz nəticələrə görə tam və birbaşa məsuliyyət daşıyacaq", - deyə məktubda qeyd edilib.
Xəbərdarlıq mətnində həmçinin ABŞ prezidenti Donald Trampın İrana qarşı ritorikasının "hərbi təcavüz"in real təhlükəsini göstərdiyi də bildirilir. Tehran əlavə edib ki, müharibə istəmir, lakin hücuma qətiyyətlə cavab verəcək.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.