EN

Tramp yadplanetlilər haqqında məlumatların məxfiliyini açmağa icazə verdi

ABŞ Prezidenti Donald Tramp federal agentliklərə UNO və yadplanetlilərlə bağlı hökumət sənədlərini müəyyən edib ictimaiyyətə açıqlamağa başlamağı tapşırdığını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkə hesabında məlumat yayıb.

"Aidiyyəti qurumlara naməlum hava hadisələri (NUO) və naməlum uçan obyektlər (NUO) ilə bağlı məlumatların araşdırılması, açıqlanması üçün tapşırıq vermişəm", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Tramp bundan əvvəl ABŞ-nin sabiq Prezidenti Barak Obamanı tənqid edərək, podkastda yerüstü həyat mövzusunu müzakirə edərkən məxfi məlumatların açıqlanmasına icazə verdiyini söyləyib.

Daşqın HəsənovMissiya.Az

Chosen
26
missiya.az

1Sources