EN

Türkiyədə narkotik əməliyyatı - 23 kiloqrama yaxın narkotik maddə müsadirə edilib

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda 22 kiloqram 450 qram narkotik maddə müsadirə edilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Vilayət Polis İdarəsi Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsi bu istiqamətdə araşdırmalar aparıb.

Axtarışlar zamanı narkotik istehsalının qarşısını almaq, ticarətini dayandırmaq və şübhəlilərin tutulması səylərinin bir hissəsi olaraq, Zeytinburnuda bir ünvanda əməliyyat keçirilib.

Əməliyyat zamanı bir şübhəli saxlanılıb.

İlahə Qənbərli

Missiya.Az

Chosen
32
missiya.az

1Sources