BAKI, 20 fevral. TELEQRAF
2025-ci il ərzində Azərbaycanda qaz kondensatı ilə birlikdə ümumilikdə 27,7 milyon ton neft hasil edilib. 2024-cü illə müqayisədə hasilatda 4,48% azalma olub.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.
Məlumata görə, hasilatın 7,1 milyon tonu Dövlət Neft Şirkəti (SOCAR), 16,2 milyon tonu Azəri-Çıraq-Günəşli, 0,6 milyon tonu Abşeron, 3,8 milyon tonu isə Şahdəniz yataqlarının payına düşüb.
Hesabat ilində 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu Konsorsium, 3,1 milyon tonu SOCAR tərəfindən BTC kəməri ilə, 3 min tonu isə Konsorsium tərəfindən Qərb kəməri ilə həyata keçirilib.
Bu dövrdə ölkə üzrə 51,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 milyard kubmetri SOCAR, 14,1 milyard kubmetri Azəri-Çıraq-Günəşli, 1,6 milyard kubmetri Abşeron, 27,9 milyard kubmetri isə Şahdəniz yataqlarının payına düşüb.
2025-ci ildə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. İxracın 9,6 milyard kubmetri Türkiyəyə, 12,8 milyard kubmetri Avropaya, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya göndərilib.
Bundan əlavə, 2025-ci il ərzində Azərbaycanda 6,2 milyon ton neft emal edilib.